BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi
Sosial şəbəkədə ictimai mənəviyyata zidd paylaşımlar edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “TikTok”da müxtəlif şəxslərin ünvanına söyüş və təhqirlər səsləndirildiyi üçün “Zımbırtı.az” səhifəsinin admini, Şirvan sakini 1998-ci il təvəllüdlü F.Qədirov (şərti) polis tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
Vətən müharibəsi qazisi olduğunu bildirən F.Qədirov paylaşımı ironiya məqsədilə paylaşdığını, həmin videodakı ifadələrin özü tərəfindən deyil, başqası tərəfindən səsləndirildiyini deyib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə səhifə admini 8 sutkalıq həbs edilib.























































