Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
“Dəyişən dünyanın dəyişməz insanları” layihəsində
“Ömrün 75 anı”
Böyük alimə, müəllimə, ziyalıya, ictimai xadimə etiram və sevgi ilə...
Dövlətinin müsəlləh “əsgəri”
Salam İbrahim bəy, salam mərd kişi!
Bəzən elə insanlar olur ki, onların tutduğu vəzifə, qazandığı elmi adlar, aldıqları mükafatlar haqqında uzun-uzadı danışmağa ehtiyac qalmır. Çünki onların həyat yolu özü bir məktəb, davranışı isə əsl vətəndaşlıq nümunəsidir. Belə şəxsiyyətlər cəmiyyətin mənəvi dayağı, dövlətin etibarlı sütunu, xalqın ağsaqqalı kimi yaddaşlarda yaşayırlar.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor, əməkdar müəllim, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş "Sonsuz intellektin təzahürləri" kitabının məsləhətçisi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş "Elin Mehriban qızı" xüsusi buraxılışının, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəman qazilərimizə və milli qəhrəmanlarımıza həsr edilmiş çoxsaylı nəşrlərin məsləhətçisi İbrahim Quliyev də məhz belə insanlardandır.
Onu tanıyanların hər biri eyni fikirdədir: İbrahim müəllim dövlətinə bağlı, xalqına sədaqətli, milli dəyərlərinə sahib çıxan, sözü ilə əməli üst-üstə düşən nadir ziyalılardandır.
Bəzən düşünürəm ki, hər dövlətin silahlı ordusu ilə yanaşı, görünməyən, lakin dövlətçiliyin dayağı olan mənəvi ordusu da var. Bu ordunun əsgərləri silah daşımırlar. Onların silahı vicdan, ləyaqət, elm, təcrübə, sədaqət və milli düşüncədir. İbrahim Quliyev məhz həmin mənəvi ordunun ön sıralarında dayanan dövlət əsgəridir.
Məhz buna görə də bu yazının adı təsadüfi seçilməyib.
Dövlətinin müsəlləh "əsgəri".
Bu ifadə İbrahim müəllimin həyat fəlsəfəsini ən dolğun şəkildə ifadə edir.
Çünki onun bütün fəaliyyəti bir amala xidmət edib – Azərbaycan dövlətinə, dövlətçiliyinə və elminə.
İbrahim müəllimin ömür yoluna nəzər saldıqda ilk diqqət çəkən cəhət onun elmə və təhsilə sonsuz sevgisidir. Hüquq elmləri doktoru, professor, əməkdar müəllim kimi qazandığı nüfuz təsadüfi deyil. O, uzun illər ərzində minlərlə gəncin formalaşmasında, hüquqi düşüncəsinin inkişafında, dövlətçilik ruhunda yetişməsində mühüm rol oynayıb.
Əsl müəllim yalnız dərs demir.
Əsl müəllim insan yetişdirir.
İbrahim müəllim də məhz belə müəllimlərdəndir.
Elm onun üçün yalnız kitab səhifələrində yaşayan nəzəriyyə deyil.
Elm xalqın rifahına, dövlətin inkişafına xidmət etməlidir.
Bu prinsipi isə o, bütün fəaliyyəti boyu qoruyub.
İbrahim müəllimin şəxsiyyətini xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də vətənpərvərliyidir.
Vətən sevgisi onun üçün sadəcə bir söz deyil.
Bu sevgi onun bütün həyat tərzinə çevrilmişdir.
Məhz buna görə Prezident İlham Əliyevin dövlətçilik siyasətinə, Azərbaycanın milli maraqlarına, ölkənin inkişaf yoluna daim böyük dəstək göstərən ziyalılardan biri kimi tanınıb.
Onun məsləhətçiliyi ilə ərsəyə gələn "Sonsuz intellektin təzahürləri" kitabı da dövlət başçısının çoxşaxəli fəaliyyətinə elmi və publisistik baxışın nümunəsi kimi diqqəti cəlb edir.
İbrahim müəllim hesab edir ki, güclü dövlət yalnız iqtisadiyyatla deyil, həm də milli ideologiya, vətəndaş həmrəyliyi və sağlam mənəvi dəyərlərlə möhkəmlənir.
Bu düşüncə onun bütün çıxışlarında açıq görünür.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş "Elin Mehriban qızı" xüsusi buraxılışında da onun məsləhətçi kimi iştirakı təsadüfi deyil.
Çünki Mehriban xanım Əliyevanın humanizm siyasəti, şəhid ailələrinə, qazilərə, uşaqlara, aztəminatlı insanlara göstərdiyi diqqət və qayğı İbrahim müəllimin də mənəvi dünyasına çox yaxındır.
Humanizm onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.
İbrahim müəllimin həyatında xüsusi yer tutan mövzulardan biri də şəhidlərimizin əziz xatirəsinin yaşadılmasıdır.
Vətən uğrunda canından keçən oğulların xatirəsini əbədiləşdirən nəşrlərin hazırlanmasına verdiyi töhfələr onun milli yaddaşa münasibətinin göstəricisidir.
Çünki xalq öz qəhrəmanlarını unutduğu gün tarixini də itirər.
İbrahim müəllim isə yaxşı bilir ki, tarix yalnız yazılmır.
Tarix yaşadılır.
Tarix qorunur.
Tarix gələcək nəsillərə ötürülür.
Bu missiyanın həyata keçirilməsində onun zəhməti danılmazdır.
İnsan ömrünü dəyərləndirən ən mühüm meyar onun arxasında qoyduğu izdir.
İbrahim Quliyev də ömrünün hər mərhələsində işığı ilə yol göstərən ziyalı kimi iz qoymağı bacarıb.
Onun sadəliyi də xüsusi qeyd olunmalıdır.
Yüksək elmi adlara, böyük nüfuza malik olsa da, sadə davranışı ilə seçilir.
Əsl böyüklük də məhz budur.
Təvazökarlıq.
Biliklə birlikdə təvazökarlıq olanda insan daha da ucalır.
İbrahim müəllim insanlarla münasibətdə hörmət, səmimiyyət və diqqəti hər zaman ön planda saxlayır.
El ağsaqqalı adını qazanmaq asan deyil.
Bu ada yalnız ömür boyu qazandığın etibarla layiq görülürsən.
Bu etibar isə nə pulla alınır, nə də vəzifə ilə əldə edilir.
Bu etibar vicdanla, dürüstlüklə, xidmətlə qazanılır.
İbrahim müəllim məhz belə ağsaqqallardandır.
Azərbaycan Ağsaqqallar Şurasındakı fəaliyyəti də bunun ən parlaq nümunəsidir.
O, cəmiyyətin milli-mənəvi dəyərlərinin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, ağsaqqallıq institutunun inkişafına mühüm töhfələr verir.
Çünki o yaxşı bilir ki, gələcəyin möhkəm olması üçün keçmişin təcrübəsi unudulmamalıdır.
İbrahim müəllim üçün dövlətçilik anlayışı yalnız hüquqi termin deyil.
Bu, həyat amalıdır.
O, dövlətçiliyi ailədə, məktəbdə, universitetdə, ictimai fəaliyyətdə yaşatmağın tərəfdarıdır.
Məhz buna görə də onu tanıyanlar "dövlət adamı" ifadəsini heç tərəddüd etmədən onun haqqında işlədirlər.
O, dövlətin və xalqın maraqlarını hər şeydən üstün tutur.
Belə insanlar cəmiyyət üçün örnəkdir.
İbrahim Quliyevin şəxsiyyətində diqqət çəkən digər mühüm xüsusiyyət sədaqətdir.
Sədaqət dostluğa.
Sədaqət dövlətə.
Sədaqət xalqa.
Sədaqət milli dəyərlərə.
Bu dörd anlayış onun ömür kitabının əsas səhifələridir.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsini yaşayır.
Belə bir dövrdə ziyalıların məsuliyyəti daha da artır.
İbrahim müəllim bu məsuliyyəti dərindən dərk edən ziyalılardandır.
Onun çıxışları, tövsiyələri, məsləhətləri, yazıları və ictimai fəaliyyəti gənc nəslin milli ruhda formalaşmasına xidmət edir.
Bəzən bir insanın ömrü bütöv bir nəslin taleyinə təsir edir.
İbrahim müəllim də həmin insanlardandır.
Mən İbrahim müəllimə baxanda yüksək vəzifəli bir alimdən əvvəl böyük ürək sahibi olan bir insan görürəm.
Ətrafındakı insanların qayğısına qalan, hər kəsə dəyər verən, xeyirxahlığı həyat prinsipi seçən bir ziyalı.
Bu xüsusiyyətlər insanı böyüdür.
İllər keçəcək.
Yeni nəsillər yetişəcək.
Lakin dövlətinə sədaqətlə xidmət edən insanların adı hər zaman hörmətlə çəkiləcək.
İbrahim Quliyev də həmin şəxsiyyətlər sırasında yer alacaq.
Çünki o, ömrünü vətənə, dövlətə, elmə, təhsilə və insanlara xidmətə həsr edib.
Belə insanlar dövlətin görünməyən sipərləridir.
Onlar cəbhədə olmasalar da, dövlətçiliyin keşiyində dayanırlar.
Onlar səngərdə olmasalar da, milli ideologiyanın qoruyucusudurlar.
Onlar silah daşımırlar.
Amma onların sözü, qələmi, elmi və vicdanı dövlət üçün ən möhkəm sipərə çevrilir.
Elə buna görə də yazının əvvəlində dediyim fikri bir daha təkrarlamaq istəyirəm:
Salam, İbrahim bəy!
Salam, dövlətinə ürəkdən bağlı olan ziyalı!
Salam, xalqının etimadını qazanan ağsaqqal!
Salam, elmə ömrünü həsr edən müəllim!
Salam, milli dəyərlərimizin keşiyində dayanan vətəndaş!
Salam, şəhidlərin xatirəsini əziz tutan təəssübkeş insan!
Və nəhayət...
Salam, dövlətinin müsəlləh "əsgəri"!
Çünki dövlət yalnız sərhədlərdə deyil, insanların ürəyində də qorunur. İbrahim Quliyev kimi ziyalılar isə həmin mənəvi sərhədlərin keşiyində yorulmadan dayanan, ömrünü xalqına, dövlətinə və milli dəyərlərimizə həsr edən əsl vətəndaşlıq nümunələridir. Onların fəaliyyəti cəmiyyət üçün örnək, gənclər üçün məktəb, gələcək nəsillər üçün isə milli-mənəvi irsdir. Belə insanların varlığı Azərbaycanın bu günü və sabahı üçün böyük mənəvi sərvətdir.
İbrahim Quliyev Vətən, torpaq, yurduna nə qədər sədaqətlidirsə, dostlarına, yurddaşlarına da eyni sədaqəti sərgiləyir. Xan Lənkəranın yetirməsidir İbrahim Quliyev. Cənub bölgəsinin insanları onu özlərinin doğması adlandırırlar. O, hər kəsin səsinə səs verəndir, dadına çatandır. Hər kəsi eşidəndir, hər kəsi dinləyəndir, hər kəsin dərdinə, qayğısına həmdəmdir. Bu qayğıdan hər kəs bəhrələnir. Ona görə də İbrahim müəllimi nəinki cənub bölgəsinin insanları, onu tanıyanların hamısı köynəklərinin içərisindən keçirərək doğmasına çevirib. Türk inancına görə türk qadınları övlad etmək istədikləri hər kəsi köynəklərinin içindən keçirərək doğmalaşdırırmışlar. Bu doğmalıq İbrahim Quliyevin bir şəxsiyyət olaraq insanlıq xarakterini ortaya qoyan cəhətlərdən ən əfsəlidir. Bu yaxınlarda İbrahim müəllim haqqında yazılan yazılardan birinin altında oxuduğumuz şərh və müraciət forması çox ləzzət elədi. İctimai xadim, əməkdar jurnalist Etibar Babayevin İbrahim müəllimə İbrahim əfəndi olaraq müraciətinin necə yerinə düşdüyünün şahidi olduq. “Əfəndi” özündə şərəf, ləyaqət, alicənablıq, sədaqət, mərhəmət, humanistlik, qayğıkeşlik... xüsusiyyətlərini ehtiva edən insanlara müraciətdə deyilir. İbrahim Quliyev sözügedən bəşəri Tanrıların hər birini öz şəxsiyyətində birləşdirən və cəmiyyətə ötürən şəxsiyyətlərdəndir. İbrahim Quliyev sözün əsl mənasında Tanrı insanıdır. Onunla ünsiyyətdə nəyin pis nəyin yaxşı olduğunu İbrahim müəllimin sərgilədiyi nümunəvi əxlaq modelində görür və hiss edirsən. Halallığın nə olduğunu, necə olduğunu İbrahim Quliyev öz nümunəsində göstərməkdədir. 75 illik ömrün həm yazı, həm baharı, həm payızı, həm qışını yaşayan bu dəyərli insan heç dəyişmədi. Ən mötəbər vəzifələrdə çalışdı. Ulu Öndər Heydər Əliyevin inanaraq önəm verdiyi kadrlardan biridir o. Hər zaman Heydər Əliyevin inamını doğruldaraq, ən çətin, ən məsuliyyətli, hətta ən məşəqqətli zaman kəsiklərində belə bu inama asi çıxmadı. Əqidəsi sarsılmadı. Gəncliyindən ağsaqqal dövrünədək hansı yolu seçmişdisə o yolu da tutaraq getdi. Budur İbrahim Quliyevin həyat fəlsəfəsi. Sədaqət və əqidə!...
Azərbaycanın hörmətli ziyalısı və ağsaqqalı, hüquq emlər doktoru, professor İbrahim Quliyevin keçdiyi keşməkeşli, lakin şərəfli həyat yolundan yazılan yazıların ardı gəlir. Bunu bir və ya iki yazıya sığışdırmaqla olmur. Onun ömür kitabının səhifələri rəngarəngdir. Bu ömür kitabını yazmaq bizdən, səhifələyərək oxumaq isə sizdən, əziz oxucular.
Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü






















































