“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...
Mərhum Xalq artisti Tofiq Mirzəyev bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Bu barədə “Qafqazinfo”ya İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.
O bildirib ki, Tofiq Mirzəyev iki ay əvvəl insult keçirib və bundan sonra tam olaraq sağala bilməyib:
“Tofiq Mirzəyev 1994-cü ildən İsrailin Arad şəhərində yaşayırdı. O, aktiv həyat tərzi keçirirdi, həyata keçirmək istədiyi yarımçıq planları var idi. Lakin tale başqa cür qərar verdi. Sağlığında dəfələrlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, aktyor bu gün İsrailin Arad şəhərində dəfn olunacaq. Anası, qardaşı Teymur Mirzəyev və bacısı Leyla da həmin qəbiristanlıqda dəfn olunub”.
Qeyd edək ki, 94 yaşlı Tofiq Mirzəyev bu gecə İsraildə vəfat edib. O, 35-dən çox filmdə rol alıb. Sənətkar “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.
Lamiyə Məmmədova























































