Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Rəqəmsal Biliklər Liseyinə şagird qəbulu davam edir
Bakı Ali Neft Məktəbinin (BANM) nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyi 2026-2027-ci tədris ili üçün ödənişli əsaslarla şagird qəbulunu davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, Ağ Şəhərdə yerləşən liseyə qəbul 7, 8, 9 və 10-cu siniflər üzrə aparılır.
Qəbul üçün yerlər məhduddur.
Rəqəmsal Biliklər Liseyində şagirdlərə müasir tələblərə uyğun, keyfiyyətli təhsil mühiti təqdim olunur. Tədris proqramı riyaziyyat və informatika təmayüllü olmaqla yanaşı, şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Təhsil prosesinə proqramlaşdırma dərsləri də daxildir.
Tədris Azərbaycan dilində aparılsa da, ingilis dili fənni “Cambridge” və “Oxford” tədris materialları əsasında tədris olunur. Bununla yanaşı, şagirdlərin dil bacarıqlarının inkişafı üçün ingilis dili danışıq klubu fəaliyyət göstərir.
Liseydə həmçinin müxtəlif idman növləri, üzgüçülük məşğələləri, müxtəlif tədbirlər, sosial fəaliyyətlər, ekskursiyalar və şagirdlərin hərtərəfli inkişafına xidmət edən digər imkanlar yaradılıb.























































