Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Taleh Qaraşov şəhid Ələkbərov İlqarın anasının hüzr mərasimində iştirak edib
İyulun 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Ələkbərov İlqar Adil oğlunun anası Ələkbərova Sevgili Cahangir qızının hüzr mərasimində iştirak edib. Şəhidin ailə üzvlərinə başsağlığı verən icra başçısı bildirib ki, Vətən uğrunda canından keçən qəhrəman igidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onlar torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək tarix yazıblar və onların ailələrinə qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Şəhid ailəsinin üzvləri də onlara göstərilən diqqət və ehtirama görə təşəkkür ediblər və bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
http://lenkeran-ih.gov.az/az/news/taleh-qarasov-sehid-elekberov-ilqarin-anasinin-huzr-merasiminde-istirak-edib.html





















































