Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
Bugün, 12:01

“Sabah”ın oyunu var

Güclü külək əsir
Dünən, 11:36

Güclü külək əsir

Başsağlığı
25-07-2026, 14:20

Başsağlığı

Əsl dəniz havasıdır!
25-07-2026, 11:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 17:06

O, bir dərya idi

07 İyul 2026 12:43Manşet / Sosial

Zəngilan sakinlərinin nəzərinə!

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, aktiv məşğulluq tədbiri iyulun 9-u saat 11:30-da “Ağalı” hotelində təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə 18 müəssisə tərəfindən elektrik qaz qaynaqçısı, mexanik, çilingər-santexnik, mühəndis, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, hüquqşünas, informasiya texnalogiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz,  bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim ediləcək.

Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.