Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Tsarukyanın partiyası İrəvanda mitinq çağırdı
İş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında mitinq keçirməyi planlaşdırır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan bəyan edib.
Onun sözlərinə görə, iyunun 7-də keçirilən parlament seçkiləri zamanı yol verilən pozuntulara qarşı etiraz etmək niyyətindədirlər.
Tonoyan partiya tərəfdarlarını MSK binası qarşısında toplaşmağa çağırıb. Bu açıqlamadan sonra MSK binasının ətrafına polisin xüsusi təyinatlı bölmələri gətirilib. Ərazidə vəziyyətin hələlik sakit olduğu bildirilir.
Xatırladaq ki, 7 iyun seçkilərində deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,81 faiz səslə qalib gəlib. Rusiyalı iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,3 faiz, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,9 faiz səs toplayıb. “Çiçəklənən Ermənistan” isə 3,996 faiz səs toplasa da, 4 faizlik həddi aşa bilmədiyinə görə parlamentdə yer qazana bilməyib. Seçkilərin yekun nəticələri iyunun 14-ü elan ediləcək.
Daha əvvəl “Ermənistan” bloku parlament seçkilərinin ilkin nəticələrinə məhkəmədə etiraz edəcəyini açıqlayıb, “Güclü Ermənistan” partiyası isə seçkilərin nəticələrinin etibarsız hesab olunması tələbi ilə Ermənistan Mərkəzi Seçki Komissiyasına müraciət edib.






















































