Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli- 65
Bugün, 20:22

Tapdıq Əlibəyli- 65

“AS Group” WUF13-də
22-05-2026, 16:23

“AS Group” WUF13-də

WUF nəyimizə lazımdır?
21-05-2026, 16:30

WUF nəyimizə lazımdır?

Özü sözünə bənzəyən…
21-05-2026, 12:33

Özü sözünə bənzəyən…

25 May 2026 19:14Manşet / Gündəm / İdman

Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı

 

21–25 may 2026-cı il tarixlərində Polşanın Miedzywodzie şəhərində hapkido idman növü üzrə keçirilən Avropa çempionatı Azərbaycan idmançıları üçün uğurla yadda qalmışdır. Xezertv.info xəbər verir ki, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Hapkido bölməsinin yığma komandası beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edərək 4 medal qazanmışdır.


Nüfuzlu Avropa çempionatında milli komandamız 7 idmançı, 2 məşqçi və 1 hakim ilə iştirak etmişdir. Yarış boyunca Azərbaycan idmançıları yüksək peşəkarlıq, əzm və qələbə ruhu nümayiş etdirərək üçrəngli bayrağımızı Avropa arenasında dalğalandırmışlar. Komandamızın qazandığı uğurlar ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirilir.


Son illərdə Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğı nəticəsində ölkəmiz beynəlxalq yarışlarda böyük uğurlar qazanır. Müasir idman infrastrukturlarının yaradılması, gənclərin sağlam həyat tərzinə təşviq olunması və idman federasiyalarına verilən dəstək Azərbaycan idmanının dünya arenasında mövqeyini daha da gücləndirib.


Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov tərəfindən həyata keçirilən uğurlu fəaliyyət də idmanın inkişafında mühüm rol oynayır. Nazirlik tərəfindən idmançılara göstərilən diqqət və dəstək onların beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsinə stimul verir. Dövlət qayğısını daim hiss edən Azərbaycan idmançıları isə hər yarışda ölkəmizi layiqincə təmsil etməyə çalışırlar.


Hapkido üzrə Avropa çempionatında milli komandamızın üzvləri yüksək nəticələr əldə etmişlər. İdmançılarımızdan Xədicə Vəlizadə qızıl medal qazanaraq Azərbaycanın adını çempionlar sırasında yazdırmışdır. Abdulvahab Əliyev də möhtəşəm çıxışı ilə qızıl medala sahib olmuşdur. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı, çavuş Nilufər Əliyeva yarışları gümüş medalla başa vurmuşdur. Ceyhun Vəlizadə isə bürünc medal qazanaraq komandamızın ümumi nəticəsinə mühüm töhfə vermişdir.


Azərbaycan nümayəndə heyətinin Avropa çempionatında qazandığı bu uğurlar ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanmışdır. İdmançılarımızın beynəlxalq yarışlarda göstərdikləri nəticələr Azərbaycan gəncliyinin gücünü, potensialını və vətənpərvərlik ruhunu bir daha nümayiş etdirmişdir.


Qeyd edək ki, hapkido idman növü üzrə əldə olunan bu nailiyyət Azərbaycan idmanının beynəlxalq arenada növbəti uğurlarından biri kimi tarixə düşmüşdür. Azərbaycan ictimaiyyəti milli komandamızın bütün üzvlərini qazandıqları uğurlar münasibətilə ürəkdən təbrik edir, onlara gələcək yarışlarda yeni-yeni qələbələr arzulayır.


 

Fərid Faiqoğlu Səfərov

AJB-nin üzvü