Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
Əlillik hansı hallarda müddətsiz təyin olunur?
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DOST TV-nin efirində yayımlanan “Sosial saat” verilişində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov məlumat verib.
O bildirib ki, geri dönməz proseslər olduqda, müəyyən anatomik və ya psixi pozuntu hallarında əlillik birbaşa müddətsiz təyin olunur. Həmin Qərarla təsdiqlənmiş meyarlara əsasən 300-ə yaxın halda əlillik müddətsiz təyin olunur.
Həmçinin Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən orqanizmin funksiyalarının pozulması 81-100 faiz aralığında (I dərəcə) ardıcıl olaraq 4 il, 61-80 faiz aralığında (II dərəcə) ardıcıl olaraq 10 il və 31-60 faiz aralığında (III dərəcə) ardıcıl olaraq 15 il müddətində müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
Bundan başqa, qanunvericiliyə əsasən pensiya yaşına çatmasına görə sosial ödəniş almaq hüququ olan şəxslərə də əlillik müddətsiz təyin olunur.























































