Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

07 May 2026 08:22Manşet / İdman

Gecəki oyun niyə İTV-də yayımlanmadı? - Açıqlama

 

İTV “Bavariya” və PSJ komandaları arasında keçirilən yarımfinal oyununun yayımı ilə bağlı yaranmış problemə dair açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, telekanal sözügedən oyunun yayım hüququnun onlarda olmadığını bildirib.

“UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb.

Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.

“Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Oyunun yayımı ilə bağlı yaranmış problemə görə İctimai Televiziya məsuliyyət daşımır”, - kanalın açıqlamasında qeyd olunub.