Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Arda Turanın “Şaxtyor”u ilk oyunda uduzdu - Konfrans Liqası
UEFA Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Arda Turanın baş məşqçisi olduğu Ukrayna təmsilçisi “Şaxtyor” Polşada İngiltərənin “Kristal Pelas” klubunu qəbul edib.
Nominal meydan sahibləri üçün oyun heç də uğurlu alınmayıb. İngilislər üstün oyun nümayiş etdirərək “Şaxtyor”u 1:3 hesabı ilə məğlub ediblər. Bu nəticə Donetsk təmsilçisinin final şanslarını xeyli çətinləşdirib.
Digər yarımfinal qarşılaşmasında isə İspaniyanın “Rayo Valyekano” klubu Fransanın “Strasburq” kollektivi ilə üz-üzə gəlib. İspanlar azarkeşləri önündə keçirilən görüşdə minimal hesablı (1:0) qələbə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə ediblər.
Qeyd edək ki, hər iki cütün cavab görüşləri mayın 7-də keçiriləcək və turnirin finalçıları müəyyənləşəcək.
UEFA Avropa Konfrans Liqası Yarımfinal, ilk oyunlar:
“Rayo Valyekano” (İspaniya) – “Strasburq” (Fransa) 1:0
“Şaxtyor” (Ukrayna) – “Kristal Pelas” (İngiltərə) 1:3























































