Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Nərimanın komandası darmadağınla növbəti mərhələyə yüksəldi
“Noksvill” ABŞ Açıq Kubokunun 1/8 final mərhələsində Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı MLS təmsilçisi “Kolumbus Kru” komandası ilə ilə qarşılaşıb və 4:1 hesabı ilə məğlub olaraq, turnirdəki mübarizəsini dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, Nəriman komandanın starrt heyətində yer alıb.
Görüş “ScottsMiracle-Gro Field” stadionunda baş tutub. Matça sürətli başlayan “Kolumbus Kru” 10-cu dəqiqədə Hüqo Pikardın dəqiq zərbəsi ilə hesabı açıb. Lakin ev sahibi “Noksvill” dərhal cavab verib. Eli Konveyin ötürməsindən sonra Braudilio Rodriges baş zərbəsi ilə fərqlənərək hesabı bərabərləşdirib.
Bərabərlik uzun sürməyib və 23-cü dəqiqədə Hüqo Pikard yenidən fərqlənərək, dubl edib və “Kolumbus Kru” yenidən önə çıxıb.
İkinci hissədə MLS təmsilçisi üstünlüyünü tam ələ alıb. Daniel Qazdaq və Ceyk Adamsın vurduğu qollarla “Kolumbus Kru” hesabı 4:1-ə çatdıraraq, qələbəni rəsmiləşdirib.
Bu nəticə ilə “Noksvill” turnirdəki çıxışını dayandırıb, “Kolumbus Kru” isə Lamar Hant ABŞ Açıq Kubokunda növbəti mərhələyə yüksəlib.























































