Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Tramp qələbə elan etsə, İranın cavabı nə olacaq? - Vaşinqtonda təhlil
ABŞ kəşfiyyat orqanları Prezident Donald Trampın münaqişə ilə bağlı birtərəfli “qələbə” elan edəcəyi halda, İranın necə reaksiya verəcəyini təhlil edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı məsələ ilə tanış olan ABŞ rəsmiləri “Reuters”ə açıqlayıb.
Agentlik yazır ki, iki aydır davam edən və minlərlə insanın həyatına son qoyan müharibə fonunda bu məsələ Ağ Ev üçün həm hərbi, həm də siyasi baxımdan ciddi əhəmiyyət kəsb edir.
Mənbələrin sözlərinə görə, kəşfiyyat icması administrasiyanın yüksək vəzifəli şəxslərinin sorğusu əsasında müxtəlif ssenariləri qiymətləndirir.
Araşdırmanın əsas məqsədi Trampın mümkün geri çəkilmə qərarının nəticələrini anlamaqdır. Bildirilir ki, prezidentin belə bir addımı xüsusilə də qarşıdan gələn seçkilər ərəfəsində daxili siyasi təzyiqləri azalda bilər.
Bununla belə, bəzi rəsmilər hesab edir ki, ABŞ qüvvələrinin bölgədən çıxması İran tərəfindən strateji qələbə kimi qiymətləndirilə bilər. Digər ssenariyə görə, Vaşinqton qələbə elan edib bölgədə hərbi mövcudluğunu saxlayarsa, Tehran bunu daha çox danışıqlar taktikası kimi qəbul edə bilər.
Sorğular göstərir ki, müharibə ABŞ ictimaiyyəti arasında geniş dəstək qazanmır. Bu isə Tramp administrasiyası üzərində əlavə siyasi təzyiq yaradır. Ağ Evə yaxın mənbələr prezidentin həm şəxsi, həm də partiya baxımından bu yükün fərqində olduğunu bildirir.
Rəsmilərin sözlərinə görə, müxtəlif hərbi seçimlər, o cümlədən, hava zərbələrinin yenidən başlanması formal olaraq gündəmdə qalır. Lakin genişmiqyaslı eskalasiya, xüsusilə quru əməliyyatları əvvəlki həftələrlə müqayisədə daha az ehtimal olunur.
Münaqişənin regional təsirləri də diqqət mərkəzindədir. Hörmüz boğazında gərginlik qlobal enerji bazarlarına təsir göstərərək, neft və yanacaq qiymətlərinin artmasına səbəb olub. Bu isə həm ABŞ, həm də onun müttəfiqləri üçün əlavə iqtisadi risklər yaradır.
Son həftələrdə diplomatik təşəbbüslərə baxmayaraq, tərəflər arasında razılaşma əldə olunmayıb. Ağ Ev rəsmiləri bildirir ki, Vaşinqton hələ də danışıqlara açıqdır, lakin ABŞ-nin milli təhlükəsizlik maraqlarına zidd olan razılaşmaya getməyəcək.























































