Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
İranın üç neft tankerini ələ keçirdilər
ABŞ ordusu Asiya sularında İran bayrağı altında üzən ən azı üç neft tankerini ələ keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters”ə gəmiçilik və dəniz təhlükəsizliyi sahəsindəki mənbələr bildirib.
Məlumata görə, əməliyyat son günlər ərzində həyata keçirilib və tankerlər Hindistan, Malayziya və Şri-Lanka yaxınlığındakı mövqelərindən uzaqlaşdırılıb. ABŞ tərəfi hələlik bu ələ keçirmələrlə bağlı rəsmi şərh verməyib.
Mənbələr bildirir ki, ələ keçirilən gəmilər arasında “Deep Sea”, “Sevin” və “Dorena” adlı İran tankerləri var. Bu gəmilərin bəziləri xam neftlə yüklü olub və son dəfə Cənubi və Cənub-Şərqi Asiya sahilləri yaxınlığında müşahidə edilib.
ABŞ Mərkəzi Komandanlığı “Dorena” tankerinin blokadanı pozmağa cəhd etdikdən sonra Hind okeanında ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətinə götürüldüyünü bildirib.
Eyni zamanda, gəmiçilik mənbələri İran bayrağı altında üzən daha bir tanker – “Derya”nın da ələ keçirilmiş ola biləcəyini qeyd edir.
Hadisələr ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası fonunda baş verir. Bildirilir ki, blokadanın başlanmasından bəri ABŞ qüvvələri ümumilikdə 29 gəmiyə geri dönmək və ya limanlara qayıtmaq barədə göstəriş verib.
Digər tərəfdən, İranın da bölgədə cavab addımları atdığı qeyd olunur. Belə ki, rəsmi Tehran Hörmüz boğazından keçməyə çalışan bəzi gəmilərə atəş açıldığını və bir neçə gəminin ələ keçirildiyini açıqlayıb.























































