Menu
Xəbər Lenti
“Biz rədd olub gedirik”
1-10-2026, 08:57

“Biz rədd olub gedirik”

Bu ərazilərdə qaz olmayacaq
30-09-2026, 08:36

Bu ərazilərdə qaz olmayacaq

Nazir görüş keçirdi
29-09-2026, 12:03

Nazir görüş keçirdi

17 Aprel 2026 11:15Manşet / Dünya

NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı

 

NATO-nun kəşfiyyat təyyarəsi Ukrayna sərhədləri yaxınlığında təxminən iki saat müşahidə aparıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, bu, uçuş məlumatlarının təhlilindən sonra məlum olub: “Boeing E-3A Sentry” təyyarəsi Türkiyənin Konya şəhərindən havaya qalxıb. Təyyarə Türkiyənin Qara dəniz sahili boyunca və Bolqarıstan ərazisi üzərindən keçib. Rumıniyanın hava məkanına daxil olduqdan sonra o, Ukrayna ilə sərhədin bilavasitə yaxınlığında dairəvi manevrlər etməyə başlayıb”.

Təyyarə iki saat kəşfiyyat missiyası həyata keçirdikdən sonra ərazini tərk edib və Bolqarıstanın hava məkanına qayıdıb.