Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
“Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir”
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub
Müqəddəs Ramazan ayı münasibətilə Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup şəhid ailələri üçün 8 Mart – Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibətilə tədbir keçirilib. Tədbirə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş 100-dən çox şəhidin ailə üzvləri qatılıb.
İftar məclisi şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb. Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. Çıxışlarda dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı, eləcə də Veysəloğlu Şirkətlər Qrupunun şəhid ailələrinin məşğulluğuna və sosial rifahına verdiyi davamlı dəstəyin əhəmiyyəti xüsusi qeyd olunub.
Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Nigar Məmmədova və Elnarə Akimova çıxış edərək şəhid analarını və xanımlarını 8 Mart münasibətilə təbrik edib, onların fədakarlığını və möhkəm iradəsini yüksək qiymətləndirərək dərin ehtiramlarını bildiriblər.
Tədbirdə şəhid ailələrinin üzvləri – analar və xanımlar da çıxış edərək əziz şəhidlərimizin xatirəsinin daim uca tutulmasının önəmini vurğulayıblar. Tədbir Azərbaycanın Xalq artisti Nəzakət Teymurova və gənc xanəndə, IX “Muğam” televiziya müsabiqəsinin finalçısı Yusif Cəfərbəylinin vətənpərvər ruhlu bədii ifaları ilə davam edib.
Tədbirin sonunda Veysəloğlu Şirkətlər Qrupu tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub.
Xezertv.info

























































