BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Pakistan sərhəddə 133 Əfqanıstan hərbçisini öldürdü - Yenilənib
Əfqanıstan və Pakistan arasındakı gərginlik Durand xətti boyunca genişmiqyaslı silahlı qarşıdurmaya çevrilib.
“Qafqazinfo” Əfqanıstanın “Tolo News” telekanalına istinadən xəbər verir ki, iki ölkənin hərbi birləşmələri sərhədin altı fərqli nöqtəsində bir-birinə ağır silahlardan atəş açıblar.
Bildirilib ki, döyüşlərin əsasən Kabulun rəsmi dövlət sərhədi kimi tanımadığı Durand xətti boyunca getdiyi bildirilir.
Qeyd edək ki, sözügedən hərbi eskalasiyaya səbəb Pakistan tərəfinin fevralın 22-də Əfqanıstan ərazisindəki “Tehrik-e-Taliban Pakistan” (TTP) və İŞİD-in “Vilayət Xorasan” qoluna məxsus olduğu iddia edilən sığınacaqlara hava zərbələri endirməsidir. İslamabad bu addımı fevralın 6-da paytaxtda yerləşən şiə məscidində 31 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab kimi qiymətləndirib.
Xatırladaq ki, Pakistan hakimiyyəti bir müddət əvvəl Əfqanıstanı “açıq müharibə” ilə hədələmişdi.
***
“Geo News” telekanalının məlumatına görə, Pakistan Silahlı Qüvvələrinin keçirdiyi “Qəzəb-lil-haqq” cavab əməliyyatı nəticəsində “Taliban”ın azı 30 döyüşçüsü məhv edilib.
***
Pakistan hökumətinin açıqlamasına görə, sərhəddə baş verən toqquşmalarda ən azı 72 Əfqanıstan hərbçisi həlak olub, 120-dən çox hərbçi isə yaralanıb.
Hökumətin sözçüsü Müşərrəf Zeydi bildirib ki, cümə günü yerli vaxtla saat 02:00-a olan vəziyyətə əsasən, Pakistan ordusu Əfqanıstanın 16 sərhəd postunu məhv edib və əlavə olaraq yeddi postu nəzarət altına alıb.
Qeyd olunub ki, tanklar, artilleriya qurğuları və zirehli personal daşıyıcıları daxil olmaqla, Əfqanıstanın 36 ədəd hərbi texnikasına ciddi ziyan dəyib.
***
Pakistanın informasiya naziri Attaulla Tarar bildirib ki, “Qəzb-ül-Haq” əməliyyatı çərçivəsində “Taliban”a ciddi hərbi zərbələr endirilib.
Nazirin sözlərinə görə, əməliyyat zamanı Əfqanıstan “Taliban”ının 133 döyüşçüsü öldürülüb, 200-dən çoxu yaralanıb. Zərbə, əsasən, Kabil, Paktiya və Qəndəhar bölgələrindəki müdafiə obyektlərinə endirilib və əlavə itkilər ehtimal olunur.
Tarar qeyd edib ki, “Taliban”ın 27 postu məhv edilib, 9 post Pakistan qüvvələrinin nəzarətinə keçib.
Həmçinin, iki korpus qərargahı, üç briqada qərargahı, iki sursat anbarı, bir logistika bazası, üç batalyon və iki sektor qərargahı məhv edilib. Talibanın 80-dən çox tankı, artilleriya qurğusu və zirehli personal daşıyıcısı da sıradan çıxarılıb.
Nazir əməliyyatın davam etdiyini və Pakistanın effektiv əks-hücumlarının hələ də davam etdiyini vurğulayıb.























































