Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
Suraxanıda – Hövsan qəsəbəsində növbəti məhəllə abadlaşdırıldı:YYSİB də fəal iştirak edib
Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Həkim-radioloq Nicat Bağırov: "Böyük alim Zərifə Əliyeva irsi: tibb elminə əvəzsiz töhfələr"
Tibb üzrə fəlsəfə doktoru, estetik cərrah Dilqəm Məhərrəmov: “Gözlərə nur, qəlblərə işıq bəxş edən ömür-oftalmoloq Zərifə Əliyeva”
Piylənmə zamanı pəhrizlərin səmərəsi varmı? - Həkim açıqladı
"Piylənmə zamanı pəhrizlər çox vaxt davamlı nəticə vermir, çünki orqanizm müdafiə mexanizmlərini işə salaraq maddələr mübadiləsini zəiflədir".
Oxu.Az xəbər verir ki, bunu "İzvestiya" nəşrinə müsahibəsində rusiyalı bariatrik cərrah Pavel Biryukov bildirib.
Onun sözlərinə görə, II və ya III dərəcəli piylənməsi olan bir çox insan problemi sərt pəhrizlərlə müstəqil şəkildə həll etməyə çalışır. Həkim bildirib ki, aidalanma dəyişdikdə çəki azala bilər, lakin bu effekt adətən müvəqqəti olur.
Mütəxəssis izah edib ki, orqanizm kəskin arıqlamanı həyat üçün təhlükə kimi qəbul edir. Nəticədə müdafiə mexanizmləri aktivləşir: maddələr mübadiləsi ləngiyir, aclıq hissi güclənir, hormonal balans dəyişir. Bədən enerjiyə "qənaət etməyə" başlayır və çəkinin azalmasına müqavimət göstərir.
Həkim əlavə edib ki, piylənmə demək olar ki, heç vaxt tək bir səbəbdən yaranmır. Əksər hallarda bu, həddindən artıq qidalanma, genetik meyil, hormonal pozuntular, xroniki stress və azhərəkətli həyat tərzinin birgə təsiridir. Bəzi dərmanların qəbulu da əlavə rol oynaya bilər.
Biryukovun fikrincə, mütəxəssislərin iştirakı olmadan davamlı nəticə əldə etmək çox çətindir. Piylənmənin müalicəsi sadəcə tərəzidəki rəqəmin azalması deyil, qidalanma davranışının dəyişdirilməsi və nəticənin uzunmüddətli qorunmasıdır.























































