“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
İndoneziyada yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb
İndoneziyanın bir sıra əyalətlərində yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb.
"Araşdırmalar göstərib ki, Medan, Qərbi və Şərqi Yava, eləcə də Qərbi Kalimantan əyalətlərində yarasalar arasında Nipah virusuna qarşı antitellərin yayılma səviyyəsi təxminən 18-30% təşkil edir", - deyə nazirlikdən bildirilib.
Qurum həmçinin qeyd edib ki, İndoneziyadakı donuzlarda bu virusa qarşı antitellər tapılmayıb.
* Ekspertlər Nipah virusuna yoluxmanın simptomlarını sadalayıblar
Bundan əvvəl məlum olmuşdu ki, Nipah virusu heyvanlardan, məsələn, yarasa və donuzlardan insanlara keçə bilər. O tənəffüs sistemini zədələyir, ensefalitin inkişafına səbəb olur və vaxtında yardım göstərilmədikdə 75% hallarda ölümə gətirib çıxarır.
Yanvar ayında Nipah virusunun yayılması Hindistanın Kəlkütə şəhəri yaxınlığında qeydə alınıb. Hazırda beş nəfər bu virusa yoluxub, yüzə yaxın insan isə karantindədir. Xəstəliyin müalicəsi üçün hazırda hər hansı preparat və ya vaksin mövcud deyil.























































