Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
LOR cərrahı Rəşad Məmmədov yayılan iddialara münasibət bildirdi: “Rəsmi ekspertiza əməliyyatın düzgün icra olunduğunu təsdiqləyib” - AÇIQLAMA
Türkiyədəki elektrik stansiyası SOCAR-ın törəmə şirkətinin tərkibində fəaliyyətə başlayıb - VİDEO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə "SOCAR Türkiyə" şirkətinin bir müddət əvvəl "GAMA Enerji A.Ş." şirkətindən satın aldığı və Kırıkkale şəhərində yerləşən İç Anadolu Təbii Qaz Birgə Dövr Elektrik Stansiyası "SOCAR Türkiyə"nin tərkibində fəaliyyətə başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "SOCAR Türkiyə" və "GAMA Enerji A.Ş." arasında satış müqaviləsinin imzalanması ilə Kırıkkaledə yerləşən İç Anadolu Kombinasiyalı Dövr Təbii Qaz Elektrik Stansiyasının satınalma prosesi başa çatıb.
Məlumata görə, istehsal gücü 870 MVt olan bu elektrik stansiyası fevralın 2-dən etibarən "SOCAR Türkiyə"nin tərkibində fəaliyyət göstərir.
Açıqlamaya görə, elektrik stansiyası Türkiyənin strateji enerji mərkəzlərindən biridir və elektrik təchizatı təhlükəsizliyi üçün vacibdir: "Şirkət bu satınalma ilə mövcud enerji təchizatı və ticarət fəaliyyətlərini gücləndirərkən, təbii qazdan elektrik enerjisinə qədər ("Gas-to-Power") dəyər zəncirini tamamlayır. Belə ki, şirkət elektrik enerjisi ticarətini öz istehsal qabiliyyəti ilə dəstəkləyərək portfel çevikliyini və bazar dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır. Bununla da, istehsal fəaliyyətləri ilə inteqrasiya olunmuş, davamlı və rəqabətqabiliyyətli dəyər zənciri yaratma hədəfini qətiyyətlə davam etdirir".
Həmçinin, məlumatda deyilir ki, şirkətin bu investisiyası Azərbaycan və Türkiyə arasındakı köklü dostluq və strateji tərəfdaşlığın enerji sahəsində də güclü şəkildə əks olunduğunu göstərir.






















































