Xəbər Lenti
Bugün, 16:32
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
Avropada qiymətlər harada daha çox artır?
2025-ci ilin dekabr ayında Estoniyada illik inflyasiya 3.7 faiz təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə "ERR" nəşri Avropa İttifaqının (Aİ) "Eurostat" statistika xidmətinin ilkin məlumatlarına istinadən bildirib.
Məlumata əsasən, inflyasiya göstəricisinin səviyyəsinə görə Estoniya avrozona ölkələri arasında ikinci yerdə qərarlaşıb.
İnflyasiya üzrə lider 3.9 faiz göstərici ilə Slovakiya olub. Ən aşağı illik inflyasiya isə Fransada qeydə alınıb - cəmi 0.4 faiz.
2026-cı ilin yanvar ayında avrozonada orta illik inflyasiya səviyyəsi dekabr ayındakı 2 faizdən 1.7 faizə enib. Buna baxmayaraq, Estoniya inflyasiya göstəricisinə görə yenidən ikinci pillədə yer alıb.























































