Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?
Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır"
Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı?
İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
Dövlətə sədaqətin və sahibkarlıq nümunəsinin ünvanı – “Mayak Cargo Transportation” şirkətinin rəhbəri Saleh Ağayev
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin Bakı şəhəri ərazisində qanunsuz əməlləri davam edir.
XALQ-a daxil ilna məlumata görə, bir müddət qanunsuz əməllərini səngidən Qafar Ağayev, Rəşad İsmayılov nazir vəzifəsinə təyin edildikdən sonra onun himayəsinə keçərək hərəkətləri daha arxayın şəkildə davam etdirir.
Bildiyimiz kimi, yaşıllıqların qanunsuz olaraq məhv edilməsinə görə daha əvvəl 1.000 manatdan yuxarıda ziyan vurulduqda bu cinayət məsuliyyətinə səbəb olurdu.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən isə Bakı və Abşeron ərazisində yaşıllığa vurulmuş ziyan 3 dəfə artıq hesablanırdı. Lakin qanunvericilikdə dəyişiklik edildikdən sonra ziyan məbləği 5.000 manatdan artıq olduqda əməl cinayət məsuliyyəti yaranır. Bu dəyişikliyə nail olan rəis Qafar Ağayev və özü kimi digər vəzifəli şəxsləri ağacların ziyanlarını təhrif edərək və ya fasilələrlə kəsilən ağaclara görə inzibati xəta haqqında protokollar tərtib edərək maraqlı şəxslərdən alınan rüşvət müqabilində onların cinayət məsuliyyətindən yayınmasına kömək edir.

Bundan başqa hazırda Bakı şəhəri ərazisində ağacların qeydiyyatı aparıldığı bir dövrdə Qafar Ağayev və əməkdaşları çox mərtəbəli yaşayış binalarının inşa edildiyi ərazilərə baxış keçirmir, ağacların qeydiyyatını təmin etmir, hətta illərdir bu tip ərazilərdə idarənin əməkdaşları tərəfindən dəfələrlə baxışlar keçirilsə də bu barədə müvafiq aktlar tərtib edilmir. Yəqin ki məlumatdan sonra geri tarixlərlə saxta aktlar tərtib ediləcəkdir.
Əgər yoxlamalar aparılaraq bu günə kimi tərtib edilmiş inzibatı xətalar haqqında protokollar üzrə hadisə yerləri yoxlanılsa aktlarda göstərilən ağacların saylarının və ziyanların məbləğlərinin şəxsləri cinayət məsuliyyətindən yayıdırmaq üçün təhrif edildiyi aydın görünər.
Bu kimi hallara misal olaraq Bakı şəhəri, Binəqədi rayonu ərasində Nicat Mustafayev və Gülməmməd Ramazanov küçələrinin kəsilməsində “Binəqədi Park Resident” MTK tərəfindən hazırda inşaatı aparılan yaşayış kompleksinin ərazisini misal göstərmək olar. Belə ki, Qafar Ağayevin şəxsən həmin MTK-nın rəhbərliyi ilə razılaşmasına əsasən MTK-nın vəzifəli şəxsləri ərazidə olan ağacları bəlli günlərdə və saatlarda qanunsuz olaraq çıxarır, hətta Qafar Ağayevin tapşırdığı olaraq ağacların kötüklərin belə iz qalmaması üçün çıxarılıb ərazidən uzaqlaşdırldığı iddia olunur.
Qafar Ağayevin bu kimi hərəkərləri barədə dəfələrlə şikayətlər edilsə də Rəşad İsmayılov buna göz yumur və müraciətlərin Ekoloji Təhlükəsizlik Xidmətində, xidmət rəisi və Qafar Ağayevlə əlbir olan Hikmət Mirzəyev tərəfindən ört-basdır edilməsinə şərait yaradır. Beləcə alınan yüz min manatlıq rüşvətləri öz aralarında bölürlər.
Ölkə rəhbərliyinin sahibkarlara dəstək olması barədə göstərişi olduğu halda Qafar Ağayev ona rüşvət vermək istəməyən sahibkarların obyektlərinin qarşısında çoxsaylı ağaclar əkdirərək onlara süni maneə yaradır. Məqsəd isə bəllidir.
Buna bənzər başqa bir hall Səbail rayonu ərazisində baş veribdir. Belə ki, MTK-lardan birinin inşaat apardığı ərazidə ağaclar qanunsuz götürülsə də alınan məbləğ o qədər böyük olubdur ki, heç inzibati məsuliyyət məsələsi belə qaldırılmayıbdır.
Bəs sonradan müəyyən olan faktlar barədə Qafar Ağayev nə edir? Təbii ki dərhal faktı qeydiyyata aldırır, araşdırma aparılır, materiallar isə hüquq mühafizə orqanlarına göndərilir. Bundan vacib olan isə, dərhal mətbuatda açıqlama verilir. Bəs aylar əvvəl kəsilmiş ağaclar və məhv edilmiş yaşıllıqlar niyə hadisələr ifşa olunanda qeydiyyata alınır? Bu da məntiqlə hər kəsə aydındır.
Qafar Ağayev tərəfindən restonra və şadlıq saraylarından havaya normadan artıq tüstü buraxılmasına görə alınan pullar isə ayrıca bir mövzüdür.
Bütün bunlardan nazir Rəşad İsmayılovun necə xəbəri olmaya bilər?!!
Növbəti məqaləmizdə başqa faktlar daha geniş açıqlanacaqdır.
Qarşı tərəfin mövqeyini tanıyırıq






















































