“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Misli Premyer Liqasında bu gün XIX turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda "İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək. Turnir cədvəlində "İmişli" 18 xalla 9-cu, Gəncə klubu isə 12 xalla 11-ci pillədə qərarlaşıb.
Günün digər oyununda isə "Turan Tovuz" autsayder "Karvan-Yevlax"la qarşılaşacaq. "Azersun Arena"da keçiriləcək oyun saat 18:30-da başlayacaq. Tovuz təmsilçisi 30 xalla 4-cü, "Karvan-Yevlax" isə 6 xalla 12-cidir.
Qeyd edək ki, bu tura sabah yekun vurulacaq.
Misli Premyer Liqası
II dövrə, XIX tur
14:30, "İmişli" - "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sulatni.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Quba Olimpiya İdman Kompleksinin stadionu
18:30, "Turan Tovuz" - "Karvan-Yevlax"
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"Azərsun Arena"























































