ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun RƏSMİ BƏYANATI
“Ləziz Dönər”in reklam naminə ağac qırğını: Hökməlidə susan vicdan, susan qurumlar - VİDEO
Təhsilin keyfiyyətinə həsr olunmuş ömür: Ülkər Mirzəyevanın pedaqoji və idarəçilik fəaliyyəti
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Anar Quliyev: "Şəhərsalma və Memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"
Gənclik sağlam gələcəyin təməlidir: Dilqəm Məhərrəmovdan Azərbaycan gənclərinə təbrik
Taleh Məmmədov: 2 Fevral - Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əziz gənclər, bayramınız mübarək!
Gəncliyə dəyər, vətənə devgi: Zərniyar Kərimovadan Azərbaycan gənclərinə səmimi təbrik
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
“Neftçi” “Qarabağ”ın xahişinə “yox” dedi - Ağdamlılar çətin durumda
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi İngiltərəyə yollanmamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınmasını istəyib.
“Köhlən atlar” bununla bağlı PFL-ə məktub göndərib.
Çempionatın təşkilatçısı olan qurum da öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət edib. Lakin Bakı klubu “Qarabağ”ın bu istəyini geri çevirib.
“Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli də saytımıza açıqlamasında bunu təsdiq edib: “Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır, həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı matçın vaxtının, yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsədəuyğun deyil. Ən yaxşısı elə təqvimlə nəzərdə tutulan həftədə matçın oynanılmasıdır”.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-i saat 19:00-da keçiriləcək.
Çempionlar Liqasının pley-offunun cavab görüşü çərçivəsindəki “Nyukasl” – “Qarabağ” görüşü isə fevralın 24-dən 25-nə keçən gecə 00:00-da oynanılacaq.
Elsevər Məmmədov






















































