MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Ukrayna və Moldovada genişmiqyaslı elektrik kəsintiləri yaşandı
Bu gün Ukrayna və Moldovanın bir hissəsində böyük enerji böhranı yaşanıb.
Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, beynəlxalq enerji sistemləri arasında ciddi texnoloji nasazlıq səbəbindən hər iki ölkədə enerji kəsintiləri olub.
Ukraynanın energetika naziri Denis Şmıqal hadisənin səbəbini belə izah edib:
"Saat 10:42-də (Bakı vaxtı ilə saat 12:42) texnoloji nasazlıq baş verib. Rumıniya və Moldova enerji sistemləri arasında 400 kV-luq xətt və qərb ilə mərkəzi Ukrayna arasında 750 kV-luq xətt eyni vaxtda sıradan çıxıb. Bu, Ukraynanın elektrik şəbəkəsində fasilələrə və yarımstansiyalarda avtomatik mühafizə sistemlərinin işə düşməsinə səbəb olub".
Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, qəza nəticəsində atom elektrik stansiyasının blokları avtomatik olaraq sıradan çıxıb. Bu da vəziyyəti xeyli pisləşdirib.
Kiyev, Jitomir, Xarkov və digər bölgələrdə xüsusi təcili bağlanma qrafikləri tətbiq edilib. Elektrik kəsintilərinin miqyası o qədər güclü olub ki, Ukrayna paytaxtında və digər şəhərlərdəki bütün vacib infrastruktura təsir göstərib.
Qeyd olunub ki, Kiyev metrosunun fəaliyyəti dayandırılıb və sərnişinlərin təxliyəsini təmin etmək üçün stansiyalar yalnız ehtiyat enerji ilə işləyib. İşıqforların elektrik enerjisinin kəsilməsi səbəbindən polis əməkdaşları qəzaların qarşısını almaq üçün sıx qovşaqlarda nəqliyyatı əllə istiqamətləndirməyə məcbur olublar.
Moldovada da vəziyyət kritik olub. Kişineu meri İon Çeban şəhərin bütün rayonlarında elektrik enerjisinin kəsildiyini və trolleybus xidmətinin dayandığını bildirib.
Qəzanın miqyasına baxmayaraq, Ukrayna Energetika Nazirliyi yaxın saatlar ərzində elektrik enerjisinin bərpa olunacağını bildirib.























































