Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 12:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 12:30

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 12:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 12:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 12:16

SEPAH Hörmüzü bağladı

30 Yanvar 2026 08:36Manşet / Dünya

ABŞ ən yeni atom təyyarədaşıyan gəmisinin sınaqlarına başladı

 

ABŞ-nin ən yeni atom təyyarədaşıyan gəmisi "USS John F. Kennedy" yeni sınaqların keçirilməsi üçün Virciniya ştatındakı "Newport News Shipbuilding" gəmiqayırma zavodunu tərk edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Huntington Ingalls Industries" gəmiqayırma şirkəti məlumat verib.

Qeyd olunur ki, manevrlər zamanı ilk dəfə olaraq dənizdə vacib gəmi sistemləri və komponentləri sınaqdan keçiriləcək.

Təyyarədaşıyan gəminin gələn ilin mart ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil olması planlaşdırılır. Gəminin kil hissəsi 22 avqust 2015-ci ildə qoyulub. Təyyarədaşıyan gəminin dəyəri təxminən 13.2 milyard dollar səviyyəsində qiymətləndirilir.

Bildirilir ki, "USS John F. Kennedy" göyərtəsində 90-a qədər təyyarə və helikopter daşımaq qabiliyyətinə malikdir.

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibində "Nimitz" sinfindən olan 9 atom təyyarədaşıyan gəmi və "USS John F. Kennedy"nin aid olduğu yeni "Gerald Ford" sinfindən olan təyyarədaşıyan gəmi var.