Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

22 Yanvar 2026 06:28Manşet / İdman

Seneqal yığmasının üzvlərinə pul mükafatı və torpaq sahələri veriləcək

 

Futbol üzrə Seneqal milli komandasının üzvləri Afrika Millətlər Kubokunda qazandıqları tarixi qələbəyə görə 134 min dollar məbləğində bonus alacaqlar.

Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Seneqal Prezidenti Bassiru Diomay Fay komanda üzvləri ilə görüş zamanı bəyan edib.

Bundan əlavə, futbolçulara sahilyanı Petit Kot ərazisində 1 500 kvadratmetr olan torpaq sahələri veriləcək. Daha kiçik məbləğdə bonuslar və torpaq sahələri ölkənin futbol federasiyasının üzvlərinə, məşqçilər heyətinə və turnirdə iştirak edən Seneqal nümayəndə heyətinin digər üzvlərinə də təqdim olunacaq.

Qeyd edək ki, Seneqal millisi Afrika Millətlər Kubokunun finalında Mərakeş yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib.