MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Zəngəzur dəhlizi Naxçıvanın sosial-iqtisadi inkişafını şərtləndirəcək
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycanın geosiyasi mövqeyinin yaratdığı tranzit potensialının geniş istifadə edilməsində Zəngəzur dəhlizinin çox böyük əhəmiyyəti var və bu nəqliyyat sistemi təkcə Azərbaycanla Naxçıvanı, Azərbaycanla Türkiyəni deyil, həmçinin Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat sistemi olacaq. Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində yaranan yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq və beləliklə, Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Ağarza Rüstəmov deyib. O bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Bu məsələ ətrafında baş verən hadisələr göstərir ki, o, çoxparametrli, müxtəlif sahələri əhatə edən faktorlarla əlaqəlidir”.
“Zəngəzur dəhlizi Şərqdən Qərbə hər bir dövlətin istifadə edəcəyi ortaq dəhliz olacaq. Dəhliz Azərbaycanı nəqliyyat və logistika mərkəzinə çevirir. Belə ki, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti və siyasi çəkisi artır. Beynəlxalq arenada Azərbaycan etibarlı partnyor kimi hamının biznes qurmaq üçün müraciət edəcəyi etibarlı bir ölkəyə çevrilir. Həm kommunikasiyaların bərpa edilməsi, həm də Zəngəzur dəhlizinin istifadəyə verilməsi Türkiyə ilə Naxçıvan arasında dəmir yolu xəttinin çəkilməsi və bütövlükdə regionda dəmir yolu xətlərinin bərpa edilməsi, bir tərəfdən 1,1 trilyon dollarlıq nominal ümumi daxili məhsulu olan türkdilli ölkələrin nəqliyyat əlaqəsini yaradacaq. Digər tərəfdən isə Avropa İttifaqı, Afrikanın şimalı, Ərəbistan yarımadası və eləcə də regionda olan Orta Asiya və digər ölkələr üçün də ən əlverişli yükdaşıma, nəqliyyat və kommunikasiya sisteminə çevriləcəkdir”, - deyə müsahibimiz vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin ötən ilin avqust ayında Vaşinqtona səfəri zamanı imzalanan üçtərəfli bəyannamənin 9-cu bəndinə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunacaq və Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətinə zəmanət verəcək. Azərbaycanı Gürcüstan üzərindən Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu ilə müqayisədə yeni dəhliz daxilində yol təxminən 343 kilometr qısa olacaq. Bu dəhliz daşıma məsafəsini qısaldacağı və daşıma xərclərini azaldacağı üçün Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarəti artıracaq.
Professor nəzərə çatdırıb ki, Zəngəzur dəhlizi regionda davamlı iqtisadi inkişaf və əməkdaşlıq üçün əlverişli şərait yaradacaq, regionda dayanıqlı sülhün və təhlükəsizliyin qorunmasına da mühüm töhfə verəcək: “Dəhliz Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasına şərait yaradacaq. Cənubi Qafqazdan keçən həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir hissəsi olaraq Naxçıvan Muxtar Respublikası sənayesinin ixrac potensialının artmasına, inkişafına imkanlar yaradacaq. Naxçıvan Muxtar Respublikasında duz, polimetallik filizlər, mis, mərmər, qranit, bazalt, qızıl, gümüş yataqlarının işlənməsi və hasil olunan məhsulların ixracı da Zəngəzur dəhlizinin fəaliyyətindən asılı olacaq. Dolayısı ilə bu dəhliz muxtar respublikaya sərmayə axınını təmin edəcək ki, bu da büdcə gəlirlərinin artmasını, əhalinin sosial-iqtisadi vəziyyətinin yüksəlməsini şərtləndirəcək.






















































