Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

16 Yanvar 2026 05:05Manşet / İdman

"Beşiktaş"ın hücumçusu İngiltərə Premyer Liqasına geri qayıdır

 

"Beşiktaş"ın hücumçusu Temmi Abraham İngiltərə Premyer Liqasına geri dönə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Belə ki, Malenin "Roma"ya transferindən sonra hücumçu axtarışına çıxan "Aston Villa" klubu Temmi Abrahamı transfer siyahısına daxil edib. Abraham da bu transferə müsbət yanaşır və şəxsi müqavilə şərtləri onun üçün problem deyil.

Qeyd edək ki, Temmi Abraham "Roma" klubuna məxsusdur və icarə əsasında "Beşiktaş" klubunda çıxış edir. Xatırladaq ki, hücumçu 2019-2021-ci illərdə "Çelsi" klubunda oynayıb.

Beşiktaşın hücumçusu İngiltərə Premyer Liqasına geri qayıdır