Vaqif Abdullayevin rəhbərliyi ilə Beyləqan rayonunun inkişaf yolu və sosial rifahın yüksəlişi
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər
Beynəlxalq alimlər qrupu molibden izotopları üzərində apardıqları tədqiqatlar zamanı indiyədək məlum olmayan yeni bir nüvə anomaliyası aşkar ediblər.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Communications" elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər molibdenin Mo-84 və Mo-86 izotoplarını araşdırıblar. Berillium hədəfinin sürətləndirilmiş Mo-92 ionları ilə bombardman edilməsi nəticəsində bu izotoplar əldə olunub və onların yaydığı qamma şüalanması təhlil edilib.
Ölçmələr zamanı GRETINA qamma-spektrometrindən, atom nüvələrinin son dərəcə qısaömürlü hallarını qeydə almaq üçün isə TRIPLEX qurğusundan istifadə olunub.
Aparılan analizlər göstərib ki, 42 proton və 42 neytrondan ibarət Mo-84 izotopu qeyri-adi davranış nümayiş etdirir. Onun nüvəsində "deşik-hissəcik həyəcanlanması" adlanan proses baş verir. Bu proses zamanı bəzi nuklonlar daha yüksəkenerjili orbitallara keçir və nüvədə boşluqlar yaranır. Nəticədə nüvə ciddi şəkildə deformasiyaya uğrayır və bu, nüvə quruluşu ilə bağlı qəbul edilmiş standart qanunauyğunluqları pozur.
Yeni aşkar edilmiş nüvə anomaliyası sabitlik xəttinin protonlarla zəngin tərəfində, yəni proton və neytronların say nisbətinin bir-birinə yaxın olduğu sahədə müşahidə olunub.
Alimlər bildirirlər ki, bu kəşf atom nüvələrinin formalaşma mexanizmləri barədə anlayışları genişləndirir və nəzəri baxımdan yaxşı öyrənildiyi hesab edilən sahələrdə belə hələ də kəşf edilməmiş qanunauyğunluqların mövcudluğunu göstərir.























































