Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
“Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
Təhsilə və vətənpərvər nəslin yetişməsinə həsr olunmuş ömür- Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova
Azərbaycan Respublikası və Türkmənistan Respublikası arasında ikitərəfli münasibətlər dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsidir
"Mərkəz Binəqədi" ərazisində yeni yol nişanları quraşdırılacaq? - RƏSMİ
müvafiq yol nişanları və işıqforların niyə olmamasına aydınlıq gətirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, qeyd olunan yolda işıqforların quraşdırılması tərəfimizdən nəzərdə tutulub.

"Lakin hazırkı yol infrastrukturu və hərəkətin təşkili buna imkan vermir. Aidiyyəti qurum tərəfindən infrastruktur dəyişikliyi olarsa, işıqforların quraşdırılması təmin ediləcək", - deyə Ö.Xıdırov vurğulayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, sözügedən ərazidə nəqliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə müşahidələr aparılır və pik saatlarda nəqliyyatın intensivliyi ölçülür.

"Aparılan monitorinqlər nəticəsində ərazidə hərəkətin təşkilinin vəziyyəti, münaqişəli nöqtələr və piyadaların təhlükəsiz hərəkət şəraiti qiymətləndiriləcək. Təhlillərin nəticələrinə uyğun olaraq təklif layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara göndəriləcək", - deyə T.Orucov bildirib.
Xatırladaq ki, "Mərkəz Binəqədi" kimi tanınan meydanda uzun müddətdir müvafiq yol nişanları və işıqforların olmaması, nəqliyyat vasitələrinin xaotik şəkildə hərəkət etməsinə, yol-nəqliyyat hadisələrinin başvermə riskini artırmasına və piyadalar üçün ciddi təhlükəyə çevrilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.
Əzizə İsmayılova






















































