Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
"Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyası təsdiq olundu
Prezident İlham Əliyev "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Oxu.Az bu barədə President.az-a istinadən xəbər verir.
Sərəncamla Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirməli, konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Sərəncamdan irəli gələn məsələləri həlli Nazirlər Kabinetinə həvalə olunub.
"Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ilə buradan tanış olmaq mümkündür.























































