“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
Kung-Fu Federasiyasında yeni təyinatlar və klub lisenziyalarının təqdimatı keçirilib
İctimai müzakirə: dilənçilik yoxsa sənət? – ekspertlərin və YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovun fikirləri haçalandı…
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib: YYSİB təkliflərlə çıxış etdi
May ayında evliliklər uğursuz olur? YYSİB sədri, ictimai və mədəniyyət xadimi, kulturoloq Aydın Xan Əbilovdan maraqlı açıqlamalar
Berlində fövqəladə vəziyyət elan edildi
Almaniyanın paytaxtı Berlində fövqəladə vəziyyət elan edilib.
“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, buna səbəb şəhərin bir hissəsində baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisi və onun yaratdığı ciddi texniki problemlərdir.
Məlumata əsasən, yüksək gərginlikli elektrik xətlərində baş verən nasazlıq və yanğın nəticəsində on minlərlə ev və müəssisə işıqsız qalıb. Elektrik problemi ilə yanaşı, bəzi ərazilərdə internet və mobil rabitə xidmətlərində də fasilələr yaranıb. Hadisə xüsusilə nəqliyyatın, səhiyyə müəssisələrinin və fövqəladə xidmətlərin işinə təsir göstərib.
Berlinin fövqəladə xidmətləri gücləndirilmiş rejimə keçib, elektrik təchizatının mərhələli şəkildə bərpası üçün texniki briqadalar cəlb olunub.
Şəhər rəhbərliyi fövqəladə vəziyyət rejiminin məqsədinin resursların daha sürətli səfərbər olunması, kritik infrastrukturların qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi olduğunu açıqlayıb. Elektrik enerjisinin tam bərpasının isə vaxt aparacağı bildirilir.
Səlahiyyətlilər bildirir ki, hazırda vəziyyət nəzarət altındadır, sakinlərə rəsmi qurumların məlumatlarını izləmək və zəruri olmadıqca elektrikdən istifadədə ehtiyatlı olmaq tövsiyə olunur.























































