Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Azərbaycanın ilk poliqrafçı alimi Şəddad Cəfərovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən Zərniyar Kərimova – 8 Mart münasibətilə təbrik
Uşaq bağçasında zorakılıq iddiaları – “Kids Era” bağçasında baş verənlər ciddi araşdırılmalıdır
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Hafiz Paşayevi təbrik etdi
Təyyarələr uçmasa da, qiymətlər “uçur” - Yaxın Şərqdən qaçış qiymətləri 350 minə çatır
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub
Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?
Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib
İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun bəyanatı
İranın dörd pilotsuz uçuş aparatı hücum aktlarını törədib, biri sıradan çıxarılıb - MN açıqladı
Lerikdə YOL PROBLEMİ: Sakinlərin öz hesablarına tikdikləri KÖRPÜ YARARSIZ HALA DÜŞÜB
Peşəkarlıq və məsuliyyət nümunəsi – Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova
Təhsildə fədakarlıq və məsuliyyət nümunəsi – Xədicə Ələkbərova
Xədicə Ələkbərovanın direktor kimi əsas prinsiplərindən biri təhsilin keyfiyyətinin daim yüksəldilməsi, müasir çağırışlara uyğun yeniliklərin tətbiqi və şagirdlərin hərtərəfli inkişafına şərait yaradılmasıdır. O, məktəbdə çalışan müəllim kollektivinə hər zaman qayğı ilə yanaşır, onların peşəkar inkişafını stimullaşdırır, yaradıcı təşəbbüsləri dəstəkləyir. Bu yanaşma nəticəsində məktəbdə sağlam işgüzar mühit formalaşıb, müəllim-şagird-valideyn münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır.
Direktor Xədicə Ələkbərova üçün təhsil yalnız dərs proqramı ilə məhdudlaşmır. O, şagirdlərin vətənə, dövlətə, milli kimliyə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsini əsas məqsəd hesab edir. Bu baxımdan məktəbdə keçirilən tədbirlər, vətənpərvərlik mövzulu dərslər, milli bayramların və əlamətdar günlərin yüksək səviyyədə təşkili xüsusi əhəmiyyət daşıyır. Şagirdlərə aşılanan bu dəyərlər onların gələcək həyatında düzgün mövqe tutmasına mühüm təsir göstərir.
Xədicə Ələkbərovanın fəaliyyətində Ulu Öndər Heydər Əliyevin təhsilə dair müdrik fikirləri və müəyyənləşdirdiyi strateji xətt hər zaman əsas istiqamət olmuşdur. Ulu Öndər Heydər Əliyev deyirdi: “Təhsil millətin gələcəyidir”. Məhz bu ideyanı rəhbər tutan Xədicə Ələkbərova məktəbin inkişafını dövlətimizin təhsil siyasətinə uyğun şəkildə qurur, gənc nəslin bilikli və vətənpərvər ruhda yetişməsinə xidmət edir. Onun fəaliyyəti müasir Azərbaycan təhsilinin inkişafında Ümummilli Liderin qoyduğu möhkəm təmələ sadiqliyin bariz nümunəsidir.
Məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris prosesində innovativ metodların tətbiqi də Xədicə Ələkbərovanın diqqət mərkəzindədir. Sinif otaqlarının səliqəli və funksional təşkili, informasiya texnologiyalarından istifadə, şagirdlərin bilik səviyyəsinin daim izlənməsi onun peşəkarlığını bir daha sübut edir. O, hər bir şagirdin fərdi bacarığını üzə çıxarmağa çalışır, istedadlı uşaqlara xüsusi diqqət göstərir.
Xədicə Ələkbərova eyni zamanda yüksək insani keyfiyyətləri ilə seçilən ziyalıdır. O, şəhid ailələrinə, qazilərə və sosial həssas qruplara qarşı həssas münasibəti ilə kollektivə nümunə olur. Məktəbdə humanizm, mərhəmət və sosial məsuliyyət prinsiplərinin təbliği onun rəhbərlik fəlsəfəsinin ayrılmaz hissəsidir. Bu isə şagirdlərin təkcə savadlı deyil, həm də vicdanlı və mərhəmətli insanlar kimi formalaşmasına zəmin yaradır.
2026-cı ilin astanasında, yeni ümidlər və yeni hədəflər fonunda Xədicə Ələkbərovanın rəhbərlik etdiyi məktəbin gələcəkdə də uğurlu nailiyyətlər qazanacağına inam böyükdür. Onun əzmkarlığı, məsuliyyəti və dövlətə, təhsilə sədaqəti bu təhsil ocağını daha yüksək zirvələrə aparacaqdır.
Sonda Qobu qəsəbəsi Ə. İbrahimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Xədicə Ələkbərovanı və rəhbərlik etdiyi kollektivini 2026-cı ilin gəlişi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirik. Yeni ildə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, təhsil sahəsində yeni nailiyyətlər və daim yüksələn uğur yolu arzulayırıq. Qoy həmrəyliyimiz əbədi, gələcəyimiz isə Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq, güclü və parlaq olsun!
Hazırladı: Səxavət Nur






















































