Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Polis polkovniki Əhməd Cəlilov Kanal S-də: “Polis adını uca tutmaq mənim həyat amalım olub”
Polis polkovniki, qısa müddət əvvəl təqaüdə çıxmış, hazırda Arhd.Az saytının Hüquq şöbəsinin rəhbəri vəzifəsində çalışan, Gəncə şəhər Baş Polis İdarəsinin birinci müavini olmuş, cinayətkarlığa qarşı mübarizədə uzun illər prinsipial mövqeyi və peşəkarlığı ilə seçilmiş Əhməd Cəlilov bu gün – 25.12.2025-ci il tarixində Kanal S televiziyasında yayımlanan verilişdə geniş və məzmunlu müsahibə ilə çıxış etmişdir.
Müsahibəsində Əhməd Cəlilov xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan Polisi şərəflə, ləyaqətlə və yüksək məsuliyyətlə xidmət edir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının hər bir polis əməkdaşı dövlətinə, dövlətçiliyinə və vətəndaşına sədaqətlə xidmət edir, polis adını daim uca tutur.
O qeyd etmişdir:
“Yeni təqaüdə çıxmağıma baxmayaraq, son nəfəsimə qədər cinayətkarlığa qarşı mübarizə aparmışam və bundan sonra da aparacağam. Polis adını daim uca tutmaq, polis və vətəndaş arasında möhkəm körpü yaratmaq mənim həyat amalım olub.”
Uzun illər xidməti fəaliyyəti dövründə yüksək rezonans doğuran ağır və xüsusilə ağır cinayət işlərinin üstünün açılmasında, eləcə də Qazilərə və Şəhid ailələrinə göstərilən diqqət, qayğı və hüquqi yardımın təşkilində xüsusi xidmətləri olmuş Əhməd Cəlilov bu gün də bu missiyanı ictimai və hüquqi müstəvidə davam etdirdiyini bildirmişdir.
Müsahibə zamanı o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini hər zaman dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini xüsusi vurğulamışdır.
Hazırda Arhd.Az saytının Hüquq şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərən Əhməd Cəlilov, Arhd.Az platformasında hüquqi maarifləndirmə və vətəndaşların hüquqlarının qorunması istiqamətində fəal çalışdığını qeyd etmişdir. O, Arhd.Az saytının rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının hüquqşünası İsmail Zalov ilə uzun illərə söykənən yaxın dostluq və səmimi tərəfdaşlıq münasibətlərinin olduğunu xüsusi qeyd etmiş, bu əməkdaşlıqdan fəxr və qürur duyduğunu bildirmişdir.
Əhməd Cəlilov müsahibəsində ayrıca olaraq öz adından belə bir mövqe ifadə etmişdir:
“İsmail Zalovun Avropa dövlətlərində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının peşəkar və qüsursuz fəaliyyətinin tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə dərin minnətdarlığımı bildirirəm. Bu fəaliyyət ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfədir.”
Əhməd Cəlilov həmçinin Azərbaycanın hüquqi dövlət olduğunu, hüququn aliliyinin ölkədə əsas prinsip kimi qorunduğunu vurğulamış və Arhd.Az saytında xidmət etməkdən böyük məmnunluq duyduğunu ifadə etmişdir.
Müsahibəni Arhd.Az saytının baş redaktoru, Nuranə xanım almışdır.























































