Elmin və peşəkarlığın zirvəsində: PhD, Oral Cərrah, İmplantoloq, Parodontoloq Uzm. Dr. Kamran Məmmədov
DTX-dən peşə bayramı ilə bağlı paylaşım: Azərbaycan təhlükəsizlik orqanlarının 107 ili tamam olur
"Xatəm əl-Ənbiya" nümayəndəsi: "İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib"
Azərbaycanın valyuta ehtiyatlarının həcmi açıqlandı
Valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bildirilib ki, 2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib.
“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2025-ci ilin noyabrında 29%-ə enib. Əlverişli xarici sektor göstəriciləri valyuta bazarında tarazlığı dəstəkləyib.
Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin 9 ayında 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i səviyyəsində olub. Bu şəraitdə ölkənin strateji valyuta ehtiyatları 11 ayda 17.7% artaraq 83.6 mlrd. ABŞ dollarına çatıb. O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına yüksəlib”, - bəyanatda deyilir.























































