Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim edildi - 60 dollara
FIFA narazılıqlardan sonra 2026-cı il Dünya Çempionatının bütün oyunları, o cümlədən, final qarşılaşması üçün 45 funt-sterlinq (60 dollar) dəyərində yeni bilet kateqoriyası təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, bu biletlər yalnız milli futbol assosiasiyaları vasitəsilə paylanacaq və hər oyun üzrə onlara ayrılan kvotanın təxminən 10 faizini təşkil edəcək.
Daha əvvəl turnir üçün ən ucuz biletin qiyməti 134 funt-sterlinq idi.
Təşkilat ilkin qiymət siyasətinə yenidən baxaraq, az sayda azarkeşə hər oyunu, final da daxil olmaqla, minimum məbləğ qarşılığında izləmək imkanı yaradacağını açıqlayıb. Qərar milli azarkeş birliklərinin sərt etirazları və azarkeş maraqlarının nəzərə alınmaması ilə bağlı tənqidlərdən sonra qəbul edilib. İlkin model “Qatar-2022” ilə müqayisədə qiymətlərin orta hesabla 5 dəfə artımını nəzərdə tuturdu.
Əvvəlki qiymət cədvəlinə əsasən, İngiltərə və Şotlandiya azarkeşləri üçün turnirdə ən ucuz bilet Şotlandiyanın Haiti ilə qrup oyunu üçün 134 funt-sterlinq təşkil edirdi. İngiltərə-Xorvatiya və Şotlandiya-Braziliya qarşılaşmalarında isə minimal qiymət 198 funt-sterlinq idi.
Yeni 45 funt-sterlinq dəyərində bilet kateqoriyası ümumi satışa çıxarılmayacaq. Bu biletlər yalnız federasiyalar vasitəsilə paylanacaq və hər oyun üzrə stadion tutumunun 1 faizindən də azını əhatə edəcək. Məqsəd biletlərin ikinci bazara deyil, real azarkeşlərə çatdırılmasıdır.
İlkin mərhələdə dörddəbir finaldan sonrakı oyunlar üçün 500 funt-sterlinqdən ucuz bilet nəzərdə tutulmamışdı. Final oyunu üçün minimal qiymət 3 000 funt-sterlinqdən yuxarı idi. Komandasını qrup mərhələsindən finala qədər izləmək istəyən azarkeşin xərci ən azı 5 000 funt-sterlinq təşkil edirdi.
Qərar bu həftə Dohada keçirilən görüşlərdən sonra verilib. Həmin müzakirələrdə bir sıra milli qurumlar bilet qiymətlərinin həddindən artıq yüksək olması ilə bağlı narahatlıqlarını FIFA rəhbərliyinə çatdırıb.
Məlumata görə, hazırkı mərhələdə biletlər üçün 20 milyondan çox müraciət qeydə alınıb. FIFA rəsmiləri bildiriblər ki, yeni kateqoriya daha çox xüsusilə səfərlərdə komandasını izləyən sadiq azarkeşlər üçün əlçatanlığı artırmaq məqsədi daşıyır. Biletlərin konkret kimlərə veriləcəyinə isə milli assosiasiyalar qərar verəcək.























































