“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Kubokdakı məğlubiyyət fəlakət sayılacaq” - Xabi Alonso gedir?
“Real Madrid”in baş məşqçisi Xabi Alonso artıq səhv etmək hüququna malik deyil, çünki klub rəhbərliyi onun fəaliyyəti barədə hələ də şübhələrini saxlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Qəzet yazır ki, bazar günü La Liqanın 16-cı turunda “kral klubu”nun səfərdə “Alaves”ə qarşı 2:1 hesablı qələbəsi 44 yaşlı bask mütəxəssis ətrafındakı gərginliyi bir qədər yumşaldıb:
“Lakin rəhbərlik daxil olmaqla, klubun müxtəlif səviyyələrində Alonsonun fəaliyyəti ilə bağlı hələ də şübhələr mövcuddur. Çərşənbə günü “Real Madrid” İspaniya Kubokunun 1/16 final mərhələsində səfərdə üçüncü divizion autsayderi “Talavera” ilə qarşılaşacaq. Bu oyunda mümkün bir uğursuzluq fəlakət kimi qəbul ediləcək və ardından ciddi qərarlar veriləcək.
Bununla belə, Madrid klubu nəticələr imkan verdiyi müddətdə Alonsonu baş məşqçi postunda saxlamağa üstünlük verir, lakin Xabi praktiki olaraq səhv etmək üçün yer saxlamayıb”.























































