“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq - Gələn ildən
“Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizlik dərəcələr isə 8 faizə çatdırılacaq”.
Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əməkhaqqının 5 faizi miqdarından 8 faizədək artırılır: “Digər sabit qəbz tələb olunan fəaliyyət növlərində isə dərəcələr 3 faizdən 5 faizə çatdırılır. Bu fəaliyyət növləri üzrə regional əmsalların tətbiqini də nəzərə aldıqda, paytaxt və bir sıra iri şəhərlərdə ödənilən məbləğ daha yüksək olur. Belə ki, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2,0, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 və digər şəhər və rayonlarda is 1,0 əmsalından istifadə edilir”.

Deputat bildirib ki, yeni dəyişikliklərdən sonra, sözügedən fəaliyyətlə məşğul olanların ödənişlərində artımlar qeydə alınacaq: “Məsələn bərbər fəaliyyəti ilə məşğul olanlar əvvəl Bakıda 24 manat (400 manat (minimum əmək haqq) x 3 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 40 manat (400 manat (minimum əmək haqqı) x 5 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni bərbərlərin aylıq ödənişində Bakı şəhərində 16 manat artım qeydə alınacaq. Belə 2 faizlik artım x2 əmsal = 4 faiz edir. Minimum əməkhaqqı da 400 manat olduğu üçün 16 manat (400 manat x 4 faiz) artım qeydə alınır.
Və ya fərdi foto fəaliyyəti ilə məşğul olan şəxslər əvvəl Bakıda 40 manat (400 manat (minimum əmək haqq) x 5 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 64 manat (400 manat (minimum əmək haqqı) x 8 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni həmin şəxslərin ödənişlərində 24 manat artım olacaq.
Gözlənilir ki, yeni dərəcələr sabit qəbzin tətbiq edildiyi sahələrdə xərcləri artıracaq. Adətən isə sahibkarlar məcburi öhdəliklər üzrə xərclər artan zaman qiymət artımlarına gedirlər”.
Nuranə Daxilqızı






















































