“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Qalatasaray” uduzdu, “Barselona”dan qələbə - Yenilənib
Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində altıncı turun oyunları baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, altıncı tura doqquz qarşılaşma ilə start verilir.
Belə ki, “Kayrat” klubu “Olimpiakos”la, “Bavariya” “Sportinq”lə, “Atalanta” “Çelsi” ilə, “Barselona” “Ayntraxt Frankfurt”la, “İnter” “Liverpul”la, “Monako” “Qalatasaray”la, PSV “Atletiko Madrid”lə, “Royal Union” “Marsel”lə, “Tottenhem” isə “Slaviya Praqa” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun oyunlarına sabah yekun vurulacaq.
9 dekabr
UEFA Çempionlar Liqası
VI tur
Saat 19:30, “Kayrat” - “Olimpiakos”;
Saat 21:45, “Bavariya” - “Sportinq”.
10 dekabr
Saat 00:00, “Atalanta” - “Çelsi”;
Saat 00:00, “Barselona” - “Ayntraxt Frankfurt”;
Saat 00:00, “İnter” - “Liverpul”;
Saat 00:00, “Monako” - “Qalatasaray”;
Saat 00:00, PSV - “Atletiko Madrid”;
Saat 00:00, “Royal Union” - “Marsel”;
Saat 00:00, “Tottenhem” - “Slaviya Praqa”.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun oyunları keçirilib. İlk oyun günündə 9 qarşılaşma baş tutub.
Türkiyənin “Qalatasaray” klubu Fransa təmsilçisi “Monako”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İtaliyada baş tutub. “İnter” doğma azarkeşləri önündə İngiltərənin “Liverpul” komandasını qəbul edib. Oyunda qonaqlar üstün olublar: 1:0.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
19:30. “Kayrat” (Qazaxıstan) - “Olimpiakos” (Yunanıstan) – 0:1
21:45. “Bavariya” (Almaniya) - “Sportinq” (Portuqaliya) – 3:1
00:00. “Atalanta” (İtaliya) - “Çelsi” (İngiltərə) – 2:1
00:00. “Barselona” (İspaniya) - “Ayntraxt” (Frankfurt, Almaniya) – 2:1
00:00. “İnter” (İtaliya) - “Liverpul” (İngiltərə) – 0:1
00:00. “Monako” (Fransa) - “Qalatasaray” (İtaliya) – 1:0
00:00. PSV (Niderland) - “Atletiko” (İspaniya) 2:3
00:00. “Yunion” (Belçika) - “Marsel” (Fransa) – 2:3
00:00. “Tottenhem” (İngiltərə) - “Slaviya” (Çexiya) – 3:0.
Qeyd edək ki, VI turun digər oyunları bu gün baş tutacaq.























































