Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Hər kəs öz hekayəsinin qəhrəmanıdır! – Dünya səhnəsini riqqətə gətirən Azərbaycan istedadı Zakir Bədəloğlunun uğur yolu
48 işsiz ANAMA ilə birgə təşkil olunmuş peşə hazırlığı kursuna cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən birgə peşə kurslarının təşkili işləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə növbəti hazırlıq kursuna başlanıb və kursa 48 müdavim cəlb olunub.
Humanitar minatəmizləmə əməliyyatlarında iştirakı nəzərdə tutulan yeni müdavimlər üçün ANAMA tərəfindən “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” təlimləri keçirilib.
Bu təlimlərlə birgə keçirilən “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə kursda müdavimlərə texniki standartlar və təhlükəsizlik, ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması və texniki təhlükəsizlik qaydalarına dair biliklər öyrədilib.
Bununla da ANAMA ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurslara cəlb edilmiş müdavimlərin sayı 291-ə çatıb.
Kursları bitirən şəxslər artıq işğaldan azad edilmiş ərazilərdə icra olunan humanitar minatəmizləmə fəaliyyətində iştirak edərək, ərazilərin mina və digər partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.






















































