Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
Bugün, 08:50

Neftimiz ucuzlaşdı

Meteor yağışı olacaq
Dünən, 08:56

Meteor yağışı olacaq

A  Z  Ə  R  B  A  Y  C  A  N
28-12-2025, 13:11

A Z Ə R B A Y C A N

XÜSUSİ TƏŞƏKKÜR
26-12-2025, 16:07

XÜSUSİ TƏŞƏKKÜR

08 Noyabr 2025 07:50Manşet / İdman

Bu gün daha 2 qarşılaşma olacaq

 

Azərbaycan Premyer Liqasının XI turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, “Zəfər turu”nun ikinci oyun günündə əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edəcək.

Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:44-də start götürəcək. Naxçıvan təmsilçisi 16 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 11-ci yerdə olan “Karvan-Yevlax”ın isə 5 xalı var.

Günün son matçı “Zirə” və “Turan Tovuz” arasında baş tutacaq. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda saat 18:44-də başlayacaq. “Zirə” 19 xalla turnir cədvəlində dördüncüdür. Lider mövqeyində olan Tovuz təmsilçisinin isə 21 xalı var.

Azərbaycan Premyer Liqası

1-ci dövrə, XI tur

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.

VAR: Əli Əliyev.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:44. “Zirə” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Şamaxı” “İmişli”ni (1:0), “Sumqayıt” “Qəbələ”ni (2:0) üstələyib.