Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

02 Noyabr 2025 07:23Manşet / Gündəm / Sosial

Mənzil bazarında bahalaşma davam edir - Səbəb nədir?

 

Hər il payız-qış mövsümündə mənzil bazarında durğunluq yaşanırdı. Bu da nisbətən də olsa qiymətlərin enməsi ilə müşahidə olunurdu. Amma bu il əksinə olub. Mənzil bazarında canlanma olduğundan qiymətlər də artıb.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə, canlanma həm yeni tikililərdə, həm də köhnə mənzillərin satışında müşahidə edilir. Bəs qiymətlər nə qədər artıb?
Ekspert bildirib ki, təkrar mənzil bazarındakı qiymət artımı ən çox çıxarışlı mənzillərdə müşahidə edilir. Buna səbəb də həmin daşınmaz əmlakların ipotekaya yararlı olmasıdır.
Nofəl Quliyev hesab edir ki, canlanmanın əsas səbəblərindən biri isə paytaxtda aparılan yenidənqurma işləri - köhnə binaların sökülməsi və yeni layihələrə olan maraqdır.
Qeyd edək ki, hazırda şəhərin mərkəzində ilkin mənzil bazarında mənzilin 1 kv.m üçün qiymət 2 500-5 000 manat civarında dəyişir. Ekspertlər bildirirlər ki, ilin sonuna qədər qiymətlərdə sabitləşmə gözlənilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: