Menu
Xəbər Lenti
Bu ərazilərə qar yağır
16-11-2026, 10:39

Bu ərazilərə qar yağır

Bu gün millimizin oyunu var
13-11-2026, 10:05

Bu gün millimizin oyunu var

12 Oktyabr 2025 11:46Manşet / Gündəm / Dünya

Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq

 

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

ARHD.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.

Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

"Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.