Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 12:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 11:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 11:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 11:36

Güclü külək əsir

Başsağlığı
25-07-2026, 14:20

Başsağlığı

Əsl dəniz havasıdır!
25-07-2026, 11:51

Əsl dəniz havasıdır!

08 Oktyabr 2025 11:38Manşet / Gündəm

Ölkənin vətənpərvər teleaparıcısı – Nuranə Gülər

Ölkənin vətənpərvər teleaparıcısı – Nuranə Gülər

 

Müasir Azərbaycan mediasının parlaq simalarından biri olan Nuranə Gülər təkcə peşəkar jurnalist və aparıcı kimi deyil, həm də dərin vətənpərvərlik hissi ilə seçilən nümunəvi ictimai xadim kimi tanınır.

Onun efirdəki səsi, mövzuya yanaşma tərzi və xalqın dərdini öz dərdi bilən üslubu, yüzlərlə tamaşaçının qəlbinə yol tapmışdır.

Nuranə Gülər yalnız xəbərləri çatdırmaqla kifayətlənmir – o, ölkənin milli dəyərlərini, tarixini, şəhidlərin əziz xatirəsini və Qarabağ uğrunda verilmiş mübarizəni daim diqqət mərkəzində saxlayan bir media nümayəndəsidir. Onun təqdim etdiyi proqramlar milli ruhu aşılayan, gənc nəslə vətən sevgisi aşılayan dəyərli mənbəyə çevrilmişdir.

Vətənə bağlılığı təkcə sözlə deyil, əməli ilə də göstərən Nuranə xanım, sosial layihələrdə, xeyriyyə aksiyalarında və şəhid ailələrinin problemlərinin işıqlandırılmasında da fəal iştirak edir. O, efir vasitəsilə Azərbaycan xalqının birlik və bərabərliyini təbliğ edir, milli kimliyimizin qorunmasında öz töhfəsini verir.

Nuranə Gülər bu gün təkcə bir televiziya aparıcısı deyil – o, öz səsi ilə bir xalqın səsini dünyaya çatdıran, vətənə sonsuz sevgi ilə xidmət edən bir mübariz qadındır. Onun vətənpərvərliyi, prinsipial mövqeyi və cəsarətli duruşu bu torpağın dəyərli övladlarından biri olduğunu sübut edir.

Hazırladı: Mirismayıl Xələfli

Xeberde.az