Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

08 Oktyabr 2025 06:14Manşet / Dünya

Papa XIV Leo xaricə ilk apostol səfərini Türkiyəyə edəcək

 

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo noyabrın 27-dən 30-dək Türkiyəyə rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Roma Papası Bursa vilayətinin İznik rayonunda Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək. Bu səfər, Papa XIV Leonun xaricə ilk apostol səfəri olacaq. Pontifik daha sonra, dekabrın 2-də Livana səfər edəcək.

“Müqəddəs Leo həm Türkiyə, həm də Livan dövlət başçılarının və kilsə rəhbərlərinin dəvətlərini qəbul edib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, xristianlıq tarixində mühüm yer tutan Birinci Nikeya Kilsə Məclisi ilk dəfə 325-ci ildə keçirilib.