Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
Tibb müəssisələrinin axtarışı bölməsinə özəl tibb müəssisələri də əlavə edilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində “Tibb müəssisələrinin axtarışı” bölməsi yenilənib. İcbari tibbi sığorta hesabına göndəriş əsasında Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib.
“Qafqazinfo” xəbər verir ki, bu dəyişikliklə vətəndaşlar lazımi tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göndəriş əsasında hansı özəl tibb müəssisəsində göstərildiyini sayt üzərindən asanlıqla müəyyən edə bilərlər.
Bu məqsədlə “Tibb müəssisələrinin axtarışı” bölməsi vətəndaşlara sərbəst şəkildə seçim etməkdə kömək edir.
Sistemdən istifadə etmək üçün aşağıdakı mərhələlərdən keçmək lazımdır:
1. its.gov.az saytına daxil olun;
2. Ana səhifədə yerləşən “Tibb müəssisələrinin axtarışı” bölməsini seçin;
3. Filter vasitəsilə lazım olan tibbi xidməti “Xidmətlər” hissəsindən seçin;
4. Axtarış nəticəsində həmin xidmətin göstərildiyi dövlət və ya özəl tibb müəssisələrinin siyahısı ilə tanış olun.
Bu yanaşma vətəndaşların vaxtına qənaət etmək və tibbi xidmətlə bağlı müraciətləri daha məqsədyönlü planlamaq imkanı yaradır.
Hazırda Agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutu və mərkəzlərində istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur. Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.
Xatırladaq ki, “Tibb müəssisələrinin axtarışı” bölməsində TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institut və mərkəzlərində göstərilən tibbi xidmətlərin siyahısı da yer alır.























































