26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
MDB ilə saziş təsdiq ediləcək - Azərbaycanın qeyd-şərti ilə
Müstəqil Dövlət Birliyinə daxil olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığı ilə bağlı Saziş təsdiq ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, saziş Azərbaycanın ona dair müvafiq qeyd-şərti ilə təsdiq ediləcək.
Sözügedən qeyd şərti təqdim edirik:
“Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin fövqəladə vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında 2015-ci il 16 oktyabr tarixli Sazişin iştirakçısı olmadığı üçün özünü həmin Sazişin müddəaları ilə bağlı hesab etmir. Azərbaycanla Ermənistanla arasında münaqişənin nəticələri tam aradan qaldırılana və münasibətlər normallaşana qədər hazırkı Sazişin müddəaları Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək”.
Nuranə Daxilqızı























































