Menu
Xəbər Lenti
Bu gün millimizin oyunu var
13-11-2026, 10:05

Bu gün millimizin oyunu var

“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

28 Avqust 2025 09:37Manşet / İqtisadiyyat

İki valyutadəyişmə məntəqəsinin lisenziyası dayandırıldı

 

İki valyuta mübadiləsi məntəqəsinin (“Delta Capital” MMC və “Zuhur” MMC) lisenziyası 1 ay müddətinə dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, AMB tərəfindən “Delta Capital” MMC-də və Zuhur” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 4.10-cu və 5.2-ci bəndlərinin tələblərinin pozulması, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü, 3.6-cı, 4.7-ci, 6.3-cü və 7.3-cü bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib.

Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Delta Capital” MMC-yə verilmiş 08.12.2021-ci il tarixli, VMF-02 nömrəli lisenziyanın qüvvəsi və Zuhur” MMC-yə verilmiş 15.03.2022-ci il tarixli, VMF-03 nömrəli lisenziyanın qüvvəsi 28.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.