Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Nə yazsam, gəlib Süleyman olurdu...”
“Uzun zamandır şeir yaza bilmirdim. Nə yazsam, gəlib Süleyman olurdu. Mən də yazmadım, hər şey birdən gözümdə mənasızlaşdı”.
“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri şair Cığatel İsaqızı “Xəzər axşam” verilişində deyib.
O, nəvəsi Süleymanın avtoqəzada həlak olmasından sonra təbinin gəlmədiyini açıqlayıb:
“Artıq hadisənin iki ili tamam oldu. 20 gün idi çalxalanırdım. Şeir də yaza bilmirdim. Uşaqlarıma dedim ki, mən daha şair deyiləm. Getdim bağda göy-göyərti əkdim, sonra heç nə etməyim gəlmədi. Bir elə idim, bir belə. Heç bilmədim kiməm, nəyəm. Torpağın altına baxdım, ölənlərim, üstünə baxdım, qalanlarım. Ona görə də yaşamaq lazımdır. Cığatelim, Əlim, Nurum var. Buna görə də “Hərdən ölməməyim, hərdən ölməyim gəlir” şeirini yazdım”.
Cığatel nəvəsinə yazdığı şeiri mahnıya çevirmək istəməməsinin səbəbinə də aydınlıq gətirib:
“Süleymana yazdığım şeir dillərdə dastan olub. Kimin vəfat edəni varsa, mənim səsimi onların üzərinə qoyub, sosial şəbəkədə paylaşırlar. O qədər ağır günlər keçirmişik ki, evə girəndə zorla gülürük. Atasını, anasını güldürmək, Cığateli ovutmaq istəyirik. Yazdığım şeiri mahnıya çevirib, onların yaralarını dərinləşdirmək istəmirik”.
Qeyd edək ki, sözügedən hadisə 2 il əvvəl Ələt-Astara magistralının Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - 1987-ci il təvəllüdlü Ağstafa sakini Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün 2014-cü il təvəllüdlü oğlu Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.























































